Categories
Reabilitasiya

22 fevral 1894-cü ildə Drezdendə anadan olan Katharina Schroth, gəncliyində skoliozdan əziyyət çəkirdi, xüsusilə korset geyinmək məcburiyyətində qaldığı üçün, bədənindəki şəkil pozğunluğu səbəbiylə psixoloji olaraq əziyyət çəkirdi. Ancaq bu ortopedik dəstək cihazı da fiziki aktivliyinin qarşısını aldığı üçün istənilən uğuru gətirə bilmədi. O vaxtlar bu problem üçün uyğun bir aktiv müalicə variantı yox idi. Ancaq Katharina Schroth düz olmaq və korset olmadan yaşamaq üçün böyük bir arzu və həsrət çəkirdi. Hava yolu ilə çökəklik hissəsi xaricə doğru çıxan rezin bir top ona bu fikri verdi və bədənini bu prinsipə görə dəyişdirmə qərarını aldı.

1961-ci ildə Katarina Schroth Bad Sobernheim şəhərində klinika yaratdı. Schroth klinikası Amerikanın Ortopedik Dərnəyinin bir hissəsi hesab edildi və qeyd edildi ki belə bir cəmiyyətlərin mövcudluğu belə günümüzdə skolioz müalicəsini sadəcə bir qismini aydınlaşdırmışdır və bugünki gün belə onurğa əyriliklərinin inanılmaz böyük bir problem olduğunu göstərmişdir. 100 illərdən bəri sürən bir çox təşəbbüs, təkliflərdən sonra Schrothun təklif etdiyi 3 boyutlu hərəkətlərlə müalicəsi bir dönüm nöqtəsi olmuşdur.

Müstəvilər:

 – Saggital Müstəvi (Saggita, ox) : Bədəni arxadan önə ikiyə bölər

– Frontal Müstəvi ( Front, alın): Bədənin bir yanından digərinə keçərək ikiyə bölər

– Transvers (eninə) müstəvi (qorizontal / üfüqi): Yerə paralel olaraq bədəni ikiyə bölər

 

3 ölçülü Skoliozun müalicəsi kitabını Alman dilindən türk dilinə Gülsərən Kayalar. Türk dilindən də Azərbaycan dilinə İradə Hacıyeva tərcümə etmişdir. İllərdir ki Vertebra onurğa tibb mərkəzində SCHROTH üç ölçülü müalicə sistemi ilə onurğa əyriliklərinin  müalicəsi aparılır.