Kinezioterapiya
Kinezioterapiya , idman hərəkətləri ilə müalicə deməkdir. Bütün əzələ sümük sistemi üçün çox faydalı bir əzələ metodududr. Kinezioterapiyanın faydaları.
Ağrı, ödəmi azaldır.
Əzələnin tonusunu azaldır.
Sinir sistemini sakitləşdirir. Bədən funksiyalarını normallaşdırır.
Kinezioterapiya müalicə metodunda öncəliklə pasientin əzələ sümük sistemi peşəkar həkimlər tərəfindən müayinə edilir. Bu müayinə nəticəsində pasientə özünəməxsus hərəkətlər təyin edilir.Təyin edilmiş bu hərəkətlər pasientin müalicədən ən yüksək nəticəni almasına xidmət edir.
Kinezioterapiyadan bu xəstəliklərin müalicəsində istifadə olunur:
Onurğa ağrıları
Onurğa əyrilikləri (skolioz lordoz kifoz)
Çiyin ağrıları
Yüngül yaralanmalar.
Sınıqlardan sonra reabilitasiya
Oynaq xəstəlikləri
Revmatoid artridlər.
Ankilozan spondilit.
Diz qapağı əməliyyatlarından sonra.
Klinikamızda bu xəstəliklərlə yanaşı serebral iflic reabilitasiyası,insultdan sonra reabilitasiya kimi xəstəliklərin müalicəsi də mövcuddur.