Categories
Reabilitasiya

Vakkum Bell cihazı.

Sinə batıqlığı anadangəlmə qüsur , çəkməçi döşü ( Pectus excavatum) adlanır.

16 il bundan əvvəl nəvəm 4-cü dərəcə sinə batıqlığı ilə  dünyaya gəldi . Anadangəlmə qüsur hesab olunduğuna görə 7 nəsil qabağa heç kimdə bu xəstəliyi aşkarlaya bilmədim, amma dünyanın 7 bucağına baş vurdum ki uşağa kömək edə bilim. 

   Amma dünyanın 7 bucağında bütün həkimlər bu anadangəlmə qüsura əməliyyat dedilər və əməliyyatın mənfi cəhətini də söylədilər ki əməliyyat stolunda uşaq qala bilər, ağ ciyərin plevra kisəsi, ürəyin perikardı zədələnə bilər və dünyasını dəyişə bilər. Ona görə də geri çəkildim .Əməliyyata vermədim. 

  Uşaqda yemək yeyəndə qaytarma var idi, eyni zamanda hərəkət zamanı tənginəfəs olurdu. Yan proyeksiyadan rentgen çəkdirdikdə dərinlik onurğaya tam yaxınlaşırdı, uşaq nəfəsini çəkəndə demək olar ki düz onurğaya qədər döş qəfəsi daralırdı. Bu halda əməliyyat lazım idi amma əməliyyatın fəsadından  qorxdum . 

  Beləliklə almanyadan axır ki 16 il bundan qabaq həmin Vakkum bell aparatını nəvəm üçün tapdım və ilk olaraq Azərbaycana bu aparatı mən gətirmişəm. Amma incəliklərini çox öyrəndim və ondan sonra başladım uşağa bu aparatdan istifadə etməyə. Mən sirrin hamısını açmayacağam necə olur ki 1 sm-ə qədər nəticə verə bilirəm bu mənim həkimlik sirrimdir. Hansı həddə xəstə gəlir gəlsin  hansı dərinlikdə olur olsun çəkməçi döşü bu gün əməliyyata yox deyərək hər kursda 1 sm  nəticə əldə edə bilirəm.   

  Bugünkü gün 7 mm  sinə batıqlığını 3 mm endirərək Amerikanın York universitetinə təqdim etdim ki əməliyyatsız mümkündür düzəltmək. Bu sirrin yalnız bir dənəsini açacağam bu da nədir düzgün pik nöqtə təyin edə bilmirlər. İnstruktajı düzgün əməl etmirlər. Döş sümüyü döş sümüyünün dəstəsi cismi və xəncərəbənzər çıxıntıdan ibarətdir. Əgər pik nöqtə dəqiq təyin olunmursa xəncərə bənzər çıxıntıdan aşağı keçirsə aparat qida borusu və mədə yırtığı əmələ gətirir. Bu ən sadəsidir. Bu işi ancaq həkim nəzarəti altında görmək lazımdır. Bu gün Azərbaycanda həddindən çox aparatlar satılır amma çox yerlər aparatı alsalar da nəticə  əldə edə bilmirlər.

  Əgər zammanında çəkməçi döşü bərpa olmazsa ürəkdə aritmiya,tənginəfəslik mitral qapaq çatmamazlığı, diafraqma əzələsinin düzgün hərəkətinin məhdudlaşması, reflux ezofaqus verir.