Categories
Reabilitasiya

 

3C Dr.İradə müəllif üsulu

Onurğanın yana doğru əyilməsi skolioz, onurğanın arxaya qamətin önə doğru əyilməsi kifoz adlanır. Skolioz C-vari, S-vari və Z-vari olur. Ən çox rast gəlinən skolioz C və S vari skoliozdur.

Skolioz ağrı vermədən 4 cü dərəcəyə çatdığına görə və 1-ci 2-ci dərəcədə valideyin aşkarlaya bilmədiyinə görə 3-cü ,4 -cü dərəcəyə çatır. Müalicə etdirmədikdə müəyyən  yaş həddindən sonra ağrılar başlayır. Skoliozun üzərinə osteoxondroz, fəqərə arası disk yırtıqları , protruziya və qabarmaları gəldikdə ağrılar dözülməz olur. Erkən yaşlarda infantil (3 yaşa qədər), Yuvenil (9-10 yaşa qədər), Adolesan ( 10 yaşdan yuxarı)skoliozlara daha məsuliyyətsiz yanaşılır deyə onurğa əyriliyi artır.  İnsan ruhu hərəkətə, cismi isə sükunətə meyillidir. Buna görə də adətən hərəkətləri dəqiq yerinə yetirə bilmirlər. İradə Hacıyevanın 3C  müəllif üsulları sükunət vəziyyətində onurğanın əyrilik bucağını düzləməyə və onurğanın arxa tinlərini yerinə gətirməyə xidmət edir. Bu üsulla rotasiyanı aradan qaldırmaq ( gövdənin burulmasını) aradan qaldırmaq mümkündür.C-vari və S – vari skoliozlarda və kifozlarda asanlıqla müsbət effekt alınır.Klinikamızda 21 yaşdan sonra osteoporoz yaşına qədər onurğa əyriliklərini bu üsulla azaltmaq və effekt əldə etmək mümkündür.