US Terapiya
Ultrasəs terapiya ultra dalğalarının müalicə məqsədi ilə istifadə edilməsidir. US elastiki mühitdə yayılan yüksək tezlikli mexaniki rəqslərdir. 16 mHS, 20 mHS qədər mexaniki rəqsləri insan qulağı rəqs kimi eşidir. Tezliyi 16 mHS-dən aşağı olan mexaniki mHS-lər İnfroses adlanır. 20 mHS- dən yuxarı olanlar isə ultrasəs adlanır. Fizioterapiyada infrosəsdən vibro masaj şəklində istifadə olunur. Ultrasəs dalğalarında isə 800 mHS- dən 3000 mHS tezlikli dalğalardan istifadə olunur. Ultrasəs müxtəlif mühitlərdə müxtəlif sürətlə udulur. Bərk və maye mühitlərdə yüksək sürətlə yayıldığı halda qaz mühitindən nisbətən O2 yayılır. İnsan toxumalarında 800-900 kHS diapazonlu ultrasəsin yayılma sürəti 1540 bölünmüş saniyədir. Ultrasəs dalğaları düz xətt üzrə yayılır. 2 müxtəlif mühitin sərhəddində onun enerjisinin bir hissəsi əks olunur. Digər mühitdən o biri mühitə köçür. Ultrasəs dalğalarının əks olunması mühitin akustik müqavimətindən , düşmə bucağından , rəqs dalğalarının tezliyindən asılıdır. Hava ilə insan orqanizminin toxumaları arasında müqavimət gərqi çox böyükdür. Ona görə də ultrasəs dalğaları demək olar ki tam əks olunur. Tam əksi olunmaması üçün mütləq kontakt mühitdən istifadə etmək lazımdır. Kontaktı mühit kimi götürə bilərik. Vazelen, bitki yağları, məlhəmlər, parafin yağı, suyu çıxarılmış dərman vasitələrindən istifadə edə bilərik. Ultrasəs rəqslərinin tezliyi artdıqda mühit tərəfindən udulmada çoxalır. Dərin qatlara nüfuz etmədə azalır. Müxtəlif toxumalar ultrasəsi eyni dərəcədə udmur. Ultrasəs sümük toxuması tərəfindən daha çox udulur sonra isə sinirlər tərəfindən udulur. Ona görə də biz ultrasəsi sümüklərdə istifadə etmirik. Əzələ piy toxuması və sinirlərdə daha çox tətbiq edilir. Ultrasəslə işlədikdə əsas göstərici onun intensivliyidir.
İntensivlik nə deməkdir?
1 sm² düşən 1 saniyədə olan enerjidir. Bu da Vat sm² ilə ölçülür. Müalicə məqsədi ilə biz 0.05 başlamış 1.2 sm² qədər intensivlikdən istifadə edirik. Uşaqlarda intensivlik aşağı olmalıdır. Böyüklərdə isə 1, 1.2 Vat gücündən istifadə edə bilərik.
Ultrasəsin hansı təsir mexanizmi var?
Ultrasəs müalicəsi zamanı insan orqanizminə 3 amillə təsir edir.
Mexaniki, fiziki, fiziki- kimyəvi
Mexaniki təsir nəticəsində hüceyrə səviyyəsində hətta su hüceyrə səviyyəsində titrəşim (vıbirasiya ) elə bil mikromasaj baş verir. Bu zaman hüceyrə membranının keçiriciliyi molekullar arası rabitənin qırılması çoxalır. Bunun hesabına toxumaların yumuşaqlığı dəyişir. Toxumaların kollogen strukturu dəyişir. Qan hüceyrələrinin aktivliyi yüksəlir, ödəmin sovrulması baş verir, ikinci təsiri isə onun istiliyidir. Ən çox bioloji toxumaların səthində dalğalar əmələ gəlir. Bu zaman istiliyin ayrılması baş verir.
İstiliyin ayrılması nəyə kömək edir?
Toxumaların sərhəddində müxtəlif akustik amplitudalı zəngin kollogeni olan dəri səthində , fassiyalarda, bağlarda, çapıqlarda, oynaq minisklərində və sümük üstlüyündə istilik ayrılması baş verir. Bu da onların elastikliyini artırır, fizioloji gərginliyi aradan götürür. Əzələ spazmının zəifləməsinin şəraitini yaradır. Fanton ağrıların azalmasına kömək edir. Qan dövranının 2-3 dəfə artması nəticəsində həmin toxumalarda oksigenləşmə artır. İltihab mənbəyində regenerasiya əhəmiyyətli dərəcədə sürətlənir.
Fiziki- Kimyəvidə özünü nədə göstərir?
Aktivliyi artır, iltihabın sağalma mərhələsində , iltihab mənbəyində hüceyrə patogen mikrofloranın təmizlənməsi baş verir. Bütün bunlar iltihabın sovrulmasına kömək edir. Biz ən çox optimal doza olaraq 1.2 vat bölünmüş sm² intensivlikdən istifadə edirik. Ən çox da impuls şəklində. Hələki bu impuls şəklində ağrıkəsici at spastik damar genəldici iltihab əleyhinə kömək edici təsir göstərir. Ən çox böyrəküstü vəzin funksiyası stimullaşır. Ultrasəs eyni zamanda hipotenzi, təzyiqi aşağı salan bronxilitə də təsir göstərir. Bronxların genişlənməsinə kömək edir. Bununlada tənəffüs normallaşır. Belə xəstəliklərdə ultrasəs çox istifadə olunur. Eyni zamanda bağırsaqlarda, mədə də motor funksiyasını , sovrulma funksiyasını yaxşılaşdırır. Diarezi, sidik ifrazını artırır. Bərkimiş, skalirozlaşmış toxumalarda , çapıqlarda çox effektivdir.
Ultrasəsə əks göstərişlər:
Yolxucu xəstəliklər, yüksək hərarət, kəskin nevroz, ürəyin işemik xəstəliyi, hamiləlik, menustrasiya,
Hansı xəstəliklərdə ultrasəs göstərişdir:
- İlk növbədə onurğalarda fəqərə sütununun iltihabı və degenorativ xəstəliklərdə
- Kəskin ağrı sindromu artiuqlarda, artrozlarda
- Fəqərəarası osteoxandrozda
- Bandeloz travmalarda
- Nevritlərdə, daxili üzvlərin xəstəliklərində
- Mədə, 12 barmaq bağırsaq xora xəstəliyində
- Ətraf damarların tutulması
- Tənəffüs sistemi
- Xroniki bronxit, pnevmaniya, astma
- Sidik, cinsiyyət sistemi xəstəliklərində
- Uşaqlıq boynu xəstəliyində, uşaqlıq boynu eroziyasında
- Lor xəstəliyində
- Göz və ağız xəstəliklərində