15 illik fəaliyyət
200+ prosedur
30-dan çox müalicə üsulu

“Vertebra Dr. İradə onurğa Tibb Mərkəzi ” 2010 cu ildən fəaliyyət göstərir
“Vertebra” onurğa sütunu problemləri, o cümlədən skoliozlar, kifozlar, osteoxondrozlar, osteoparozlar, fəqərəarası disk yırtıqları və digər oxşar xəstəliklərinin peşəkar ixtisaslı həkimlərlə müayinəsi və müasir metodla müalicəsi ilə məşğul olan tibb mərkəzidir.
Klinika bütün zəruri müasir avadanlıqlarla təmin olunmuşdur. Dünyada məlum olan bütün mütərəqqi metodlardan, əldə edilmiş nailiyyətlərdən istifadə edərək onurğa sütunu xəstəliklərinin kompleks müalicəsini təmin etməyə çalışırıq.
Klinikamızda onurğa fəqərəarası disk yırtıqlarının əməliyyatsız müalicəsində əhəmiyyətli dünya nailiyyətlərini tətbiq edirik.Onurğa sütunu xəstəliklərinin müalicəsi məqsədilə Katharina Schroth 3D üsulu,Dr İradə 3C üsulu (müəllif üsulu) , Proloterapiya ,Elektroterapiya Vakkum terapiya , Zərbə dalğalı terapiya ,Lazer terapiyası Krioterapiya ,Sauna-krioterapiya ,Hot Pack/ Cold Pack terapiya ,Maqnitoterapiya, Ultrasəs terapiyası ,Elektroforez , Traksiya , Stounterapiya ,Detenzor, Onurğa korrektoru , Ultrasəs müayinə (əzələ oynaq və daxili orqanların) ,EKQ ,Manual terapiya ,Kinesiotaping (bandlama) ,Nevral Terapiya ,İntramuscular elektroterapiya ,Akupunktura və dry needling ,Refleksoterapiya ,Hicama, Hirudoterapiya (zəli ilə müalicə), Nöqtəvi Çin masajı ,Onurğa masajı, Yomeyho terapiya( Yapon masajı), Psixoloji reabilitasiya, Dietoloji xidmət, Yoqa ilə onurğa xəstəliklərinin müalicəsi aparılır.
15
illik fəaliyyət
200+
prosedur
30+
müalicə üsulu
5k+
Pasiyent
Heç bir xəstəlikdə tibbdə zəmanət vermək mümkün deyil. Çünki, hər orqanizm individualdır və fərqli cavab, reaksiya verə bilir. Bu səbəbdən də zəmanət verilməsi qeyri real olar.
Prosedur növündən asılı olaraq yaş məhdudiyyəti olsa da istənilən yaş qrupunda xəstəni müalicəyə qəbul edə bilirik. Belə ki, hər yaş qrupuna və xəstəliyə uyğun olaraq prosedur və kompleks müalicə təyin edilə bilir.
Mərkəzimiz fizioterapiya – reabilitasiya mərkəzi olduğu üçün fizioterapevtik prosedurlar təyin edilir. Əksər hallarda skolioz müalicəsində müalicə metodu soruşulur. Skolioz, kifoz və lordoz müalicəsində Schroth Therapy üsulu və 3C Dr İradə müalicən üsulu tətbiq edilir.
Hər bir skolioz xəstəsinə korset təyin edilə bilməz və ya xəstə özü istədiyi korseti taxa bilməz. Korset istifadəsi üçün xüsusi göstəriş olmalıdır. Korset seçimi həkim tərəfindən olunmalıdır. Bildiririk ki tək korsetlə skolioz müalicə olunmur
Kompleks müalicə ödənişi müayinədən sonra xəstəyə təyin olunan prosedurlara əsasən hesablanır. Çünki hər xəstəyə və xəstəliyə görə prosedur sayı dəyişə bilir.


Ph.D İLQAR ƏLİYEV
Təsisçi
İlqar Əliyev, fəlsəfə doktoru (Ph.D) və biznes idarəetməsi doktoru (DBA), Vertebra Onurğa Klinikasının rəhbəridir. O, anesteziologiya və reanimasiya sahəsində ixtisaslaşmışdır. İlqar Əliyev, Böyük Britaniya Biznes Akademiyasının (BBA UK) tam hüquqlu üzvüdür və tibbi sahədə geniş təcrübəyə malikdir. Onun rəhbərliyi altında Vertebra Onurğa Klinikası, xəstələrinə yüksək keyfiyyətli tibbi xidmətlər təqdim edir və bel, onurğa problemlərinin müalicəsində müasir yanaşmaları tətbiq edir. İlqar Əliyevin peşəkar təcrübəsi və bilikləri, klinikanın müvəffəqiyyətli fəaliyyətinə və xəstə məmnuniyyətinə böyük töhfə verir. Onun elmi işləri və təcrübələri, tibb dünyasında geniş tanınmış və qiymətləndirilmişdir.