Categories
Fizioterapiya

Ekstrakorporeal Zərbə Dalğa Terapiyası (ESWT)

Ekstrakorporeal zərbə dalğa terapiyası (ESWT) müxtəlif ortopedik problemləri müalicə etmək üçün 20 ildən çoxdur ki, müvəffəqiyyətlə istifadə olunur. Urologiyada böyrək daşı və sidik kisəsi daşı kimi tanınan patalogiyanın müalicəsində istifadə olunan Ekstrakorporeal zərbə dalğa terapiyası Litotripsinin ( ESWL ) əlavə vasitəsi olaraq qəbul olunur. Zərbə Dalğa Terapiyası tendon və əzələ skelet sisteminin digər patalogiyası üçün tətbiq edilir və tanınmış non-invaziv bir müalicə növüdür.

Fiziki xassələri və ESWT növləri:

ESWT işləmə prinsiplərinə görə:

  1. Mərkəz (Focused) ESWT (F – ESWT),
  2. Radikal zərbə dalğası (RPW) olaraq iki hissəyə ayrılır. Bu iki texnologiyanın (zərbə dalğaları) istehsal aparatları fiziki xüsusiyyətləri, fəaliyyət mexanizmi baxımından fərqli cəhətləri ilə bərabər ortaq göstəriciyə də sahibdirlər.

F – ESWT

İstənilən toxuma qatına təsir etmə özəlliyinə görə belə adlandırılıb. Bu zərbə dalğasının geniş tezlik diapazonu (150 kHz ilə 100 MHz arası). Atım genişliyi az və bir neçə yüz nanosaniyəyə qədər qısa yüksəlmə müddəti olan sıx enerji dalğası kimi müəyyən edilə bilər.

RPW

Yaradılan təzyiq dalğası köklü şəkildə dağıldığı üçün istifadə olunur. Mərkəz nöqtədə zərbə dalğası verən F – ESWT – nin əksinə Radikal zərbə dalğası RPW 30 MP-ə qədər təzyiq ilə F- ESWT-yə görə daha çox yüksək sürətə sahibdir.

Göstərişlər:

1.Tendinopatiyalar: Çiyin kalsifikasiya olunmuş tendinopatiya, lateral epikondilit, daha böyük trokanter ağrı sindromu, patellar tendinopatiya, axilles tendinopatiyası, plantar fassit

  1. Sümük patalogiyaları: Gecikmiş sümük sağalması, birləşməməsi, avaskulyar sümük nekrozu,osteoxondrit dissekansları
  2. Dəri patalogiyaları: Gecikmiş və ya sağalmayan yaralar, dəri xoraları, periferik olmayan yanıq yaraları

Ümumi Klinik istifadələr:

  1. Tendinopatiyalar: medial epikondilit, adduktor tendinopatiya sindromu, pes- anserinus tendinopatiyası, peroneal tendinopatiya, ayaq və ayaq biləyinin tendinopatiyaları
  2. Sümük patalogiyaları: sümük iliyinin ödəmi, Osgood Schlatter xəstəliyi, tibial stress sindromu
  3. Əzələ patalogiyaları: miofasiyal ağrı sindromu, burxulma
  4. Dəri patalogiyaları: Sellülit